Qadin.NET / Avtomobil zinətdir, yoxsa zərurət?

Avtomobil zinətdir, yoxsa zərurət?

Azərbaycanda əhalinin rifah halının yaxşılaşması yollarda avtomobil axınının artması ilə də müşayiət olunur. Demək olar ki, hər bir ailədə artıq avtomobil var. Bir zamanlar avtomobil zinət predmeti sayılardı. Avtomobili olan oğlanı hər kəs arzulayırdı. Artıq bu vərdiş də sona çatıb. Təbii ki, insanı hansısa bahalı və nadir marka ilə də təəccübləndirmək olar. Həmin təəccübün də ömrü uzun olmayıb. Çünki çox qısa bir zamanda həmin nadir avtomobildən çox adamda olacaq. Yenə də, avtomobil zinətdir, yoxsa hacət? Milli.Az xəbər verir ki, Day.Az saytının bu sualına tanınmış radio aparıcısı Doktor Ziya cavab verib. 
"Mənə elə gəlir ki, avtomobil əsasən, zərurətdir. Harada işləməsindən asılı olmayaraq, hər kəsə avtomobil lazımdır. Hətta kəndli də nəyisə daşımalıdır. Bunun üçünsə hansısa maşın lazımdır. Bahalı və dəbdəbəli maşın arzusuna mən insanın qüsuru kimi baxıram. Düşünürəm ki, belə şeylərə pul ödəməyə dəyməz. Maddi duruma ziyan vuran şeylərin dalınca qaçmaq nəyə lazım? Mən hesab edirəm ki, insan əgər keyfiyyətli məhsul almaq istəyirsə, misal üçün, noutbuk, pul toplayıb onu almalıdır. Axı insan həmin pulu qazanmaq üçün enerji sərf edir. Ən zövqlü olan hələ ən yaxşı deyil", - Dr. Ziya qeyd edib. 
O hesab edir ki, heç kimlə belə şeylərdə yarışmaq lazım deyil.
Bəs siz necə düşünürsünüz, əziz oxucular? 

Mənbə: Milli.Az

30 may 2014
GO BACK