Qadin.NET / Universitetdə qadağa

Universitetdə qadağa

Universitetdə qadağa
Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında mobil telefonlardan istifadə qadağan olunacaq. ANS PRESS xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, bunu universitetin rektoru Ədalət Muradov Elmi Şurasının növbəti iclasında bildirib.Rektor iclasda həmçinin fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib.Mayın 23-də ADİU-da keçirilən "Məzun-2014" ümumrespublika yarmarkasının təşklinin səviyyəsini qənaətbəxş hesab edən rektor gələcəkdə yarmarkanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Mənbə: ANS PRESS

30 may 2014
GO BACK