Qadin.NET / Abdullah Gülün oğlu Harvarddan məzun oldu

Abdullah Gülün oğlu Harvarddan məzun oldu

Türkiyə prezidenti Abdullah Gülün oğlu məzun olub.ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Abdullah Gül və həyat yoldaşıHayrunnisa Gül övladları Mehmet Emre Gülün Harvard Universitetindəki məzuniyyət mərasimində iştirak ediblər.Harvard Universiteti şəhərciyində keçirilən mərasimdə Gül ailəsi ilə yanaşı, sabiq ABŞ prezidenti Corc Buşun həyat yoldaşı Barbara Buş da iştirak edənlər arasında olub.Təxminən 6 min tələbənin məzun olduğu mərasimin açılışını Harvard Universiteti rektoru Dru Faust edib. Daha sonra mərasimdə sabiq ABŞ prezidenti Corc Buş, musiqiçi Aretna Franklin, iqtisadçı Cozef E. Stiqlitz, sənət tarixçisi Seymur Sliv, yazar İzabel Allend və Nyu-York bələdiyyə sədri Maykl Blumberqə Harvard Universiteti tərəfindən fəxri doktor adı verilib.Prezident Gül isə fəxri doktor adı alanları ayaqüstə alqışlayanlardan olub. Ən yadda qalan məqamlardan biri isə Gülün oğlunun məzuniyyət mərasimində başına Bizans dəbilqəsi taxması olub.

Mənbə: Milli.Az

30 may 2014
GO BACK