ABŞ-ın Çikaqo şəhərindəki "Willis Tower" göydələnindəki şüşə platforma çatlayanda turistlər həyatının ən qorxulu anlarını yaşayıblar.
Milli.Az ABC-yə istinadən bildirir ki, göydələnin 103-cü mərtəbəsində, 412 metr hündürlükdə şəhər mənzərəsinin seyri üçün inşa edilmiş "Skydeck Ledge" şüşə platformasının döşəməsi çatlayıb.2009-cu ildə istifadəyə verilmiş bu şüşə platformanın 5 ton ağırlığa dözdüyü deyilirdi.Platforma çatlayanda Alehandro Qaribay orada olub."Platformada olanda qəflətən çat səsləri eşitdik. Aşağı baxanda gördük ki, döşəmədə çatlar yaranır. Dərhal atılıb platformadan çıxdıq. Bir qədər geciksəydik, platformanın döşəməsi çatlayıb sınacaq və kim bilir, bəlkə də 103-cü mərtəbədən aşağı düşəcəkdik", - A.Qaribay deyib.Platformada çatlar yarananda orada A.Qaribayla yanaşı, onun qardaşı Ernesto Qaribay və iki əmioğlusu da vardı.
Mənbə: Milli.Az