Qadin.NET / Azərbaycanda bu universitetin tələbələri "yaşadılar"

Azərbaycanda bu universitetin tələbələri "yaşadılar"

Azərbaycan Dövlət İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, universitetin Elmi Şurasının növbəti iclasında "Universitet əməkdaşlarına və təhsil alanlarına birdəfəlik maddi yardım verilməsi haqqında əsasnamə" təsdiqlənib. Layihənin məqsədi müəllim və tələbələrin sosial təminatının yaxşılaşdırılmasıdır.İclasda həmçinin "İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti"nin nizamnaməsi də qəbul edilib. Yeni yaradılacaq cəmiyyətin vəzifəsi ali təhsil müəssisində təhsil alan imkansız tələbələrə yardımların göstərilməsi, qocalar və kimsəsiz uşaqlar evinə tələbələr tərəfindən könüllü yardımların edilməsi, eyni zamanda xəstələrə və yardıma ehtiyacı olanlara kömək göstərmək olacaq.İclasda 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub. Şura üzvləri hazırlıq prosesini məqbul hesab ediblər.ADİU-nun rektoru, professor Ədalət Muradov imtahanların şəffaf keçirilməsi məqsədi ilə prorektorların universitetin aryı-ayrı korpuslarına təhkim olunması haqda göstəriş verib.Rektor yay sesiyasında şəffaflığın təmin edilməsi məqsədi ilə universitetdə yaradılan "Qaynar xətt"in səmərəliliyinin daha da artırılması üçün məlumat xarakterli bukletlərin hazırlandığını bildirib.İclasda həmçinin 2013/2014-cü tədris ilində ADİU-da keyfiyyətli idarəetmə sisteminin tətbiqi haqqında qərar qəbul edilib.Rektor keyfiyyətli idarəetmə sisteminin təşkili ilə bağlı orta müddətli inkişaf strategiyasının ürərində iş aparıldığını bildirib. Ə.Muradov sənəd layihəsinin sentyabr ayına qədər hazır olacağını əlavə edib.Rektor universitet daxilində "Ağsaqqallar şurası"nın yaradılması təklifi ilə çıxış edib. Şura üzvləri təklifi dəstəkləyiblər.

Mənbə: Milli.Az

30 may 2014
GO BACK