Qadin.NET / Bakıya girişi bağlayırlar

Bakıya girişi bağlayırlar

 

Bakıya girişi bağlayırlar

 

Bakı Dairəvi yolu bu gün saat 11:00-dan sonra bağlanacaq. ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Bakı Dairəvi yolunda (Bakı-Sumqayıt şossesi ilə kəsişmədən "Maşın bazarı" yol qovşağına qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Xocahəsən yolundan istifadə etmələri tövsiyə olunur.Yollarda təmir işləri “Azəryolservis” ASC tərəfindən həyata keçirilir.

Mənbə: ANS PRESS

30 may 2014
GO BACK