Qadin.NET / İtən körpəni “Facebook”la tapdılar

İtən körpəni “Facebook”la tapdılar

 

İtən körpəni “Facebook”la tapdılar
Kanadada övladı oğurlanan ailənin köməyinə "Facebook" çatıb.ANS PRESS-in məlumatına görə, Kanadanın Kvebek şəhərində yeni dünyaya gələn Viktoriya adlı körpə tibb bacısı roluna girmiş bir qadın tərəfindən qaçırılıb. O, körpəni müayinə etmək bəhanəsi ilə otaqdan çıxarıb və daha sonra ailə övladının qaçırıldığını anlayıb. 16 saat ərzində tapılmayan körpəni tapmaq üçün şəhər polisi kameralardakı görüntülərə əsasən yığdığı məlumat və şəkilləri sosial şəbəkədə paylaşaraq cəmiyyət üzvlərindən kömək istəyib. Polis və ailənin "Facebook" ilə həyata keçirdiyi əməliyyat öz nəticəsini verib. Şəkilləri görüb tanıyan 4 gənc bir müddət sonra həmin qadının körpəni qaçırarkən istifadə etdiyi avtomobilə rast gəliblər. Avtomobilin saxlanıldığı evin yaxınlığında olan gənclər mənzilə yaxınlaşıb içəridən it və duş səsi eşitsələr də, polisə məlumat veriblər. Polisin gəlib evə daxil olması ilə körpə aşkar edilib. Gənclər isə polisə və əsas da ailəyə kömək etdiyi üçün çox xoşbəxt olduqlarını bildiriblər.
Mənbə:ANS PRESS.com

 

30 may 2014
GO BACK