Qadin.NET / Azərbaycanda çəkilən siqaretin sayı açıqlandı

Azərbaycanda çəkilən siqaretin sayı açıqlandı

 

Azərbaycanda çəkilən siqaretin sayı açıqlandı
"Azərbaycanda bir ildə adambaşına 1877 siqaret çəkilir". ANS PRESS-in məlumatına görə, bunu Dünya Ağ Ciyər Fondu, Amerika Xərçəng Cəmiyyəti “Tütün Atlası” adlı hesabatında bildirir.Dünyada ən çox siqaret Serbiyada çəkilir. Bu ölkədə bir ildə adambaşına 2861 siqaret istifadə edilir. Rusiyada isə bu rəqəm 2786-dır.Ermənistanda bu göstərici 1620, Gürcüstanda isə 1039-dur.Ən az siqaret isə Əfqanıstanda çəkilir. Burada adambaşına ildə cəmi 61 siqaret düşür.
Mənbə: ANS PRESS

 

30 may 2014
GO BACK