Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Temperatur gecə 16-21°, gündüz 24-29° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, leysan xarakterli olacağı ehtimalı var.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 14-19°, gündüz 26-31° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, leysan xarakterli olacağı ehtimalı var.Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 16-20°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 15-20°, gündüz 23-28°, bəzi yerlərdə 31° isti, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.