Qadin.NET / Google+ uğursuz alındı

Google+ uğursuz alındı

 

Google şirkətinin həmtəsisçisi Serqey Brin etiraf edib ki, Google+ sosial şəbəkə layihəsi üzərində iş onun üçün səhv olub. O, bu haqda Code konfransında deyib.Milli.Az İCT news-a istinadən bildirir ki, sosial şəbəkə üzərində iş onun üçün səhv olub, çünki o, heç də sosial insan deyil. Googleun həmtəsisçisi deyib ki, məsələn, o, Google+ şəbəkəsindən uşaqlarının şəkillərini ailəsinə nümayiş etdirmək üçün istifadə edib.Xatırladaq ki, Serqey Brin şirkətin hazırkı baş direktoru Larri Peyc ilə birgə 1998-ci ildə Google şirkətini təsis ediblər. Hazırda o, Google X məxfi laboratoriyasında innovasiya həlləri ilə məşğul olur. Brin Code konfransında sürücüsüz avtomobil prototipini nümayiş etdirib.
Google+ sosial şəbəkəsi 2011-ci ilin iyununda Facebooka rəqib kimi çıxarılıb. Google+ sosial şəbəkəsinin aylıq auditoriyası təxminən 300 milyon istifadəçi təşkil edir.
Mənbə:Milli.Az

 

30 may 2014
GO BACK