Qadin.NET / Bu çay lüks maşınlarla doludur

Bu çay lüks maşınlarla doludur

 

Detroytda maraqlı hadisə baş verib. Yerli polisin dalğıcları bir təhqiqat işi ilə bağlı çayda maşın axtararkən heç axtarmadıqları daha 16 maşın tapıblar...Milli.Az 4charx.com-a istinadən bildirir ki, 3 gün ərzində polis Detroyt çayında 17 avtomobil aşkar edib. Əlbətdə ki, bu Amerikanın avtomobil paytaxtı üçün unikal hadisə olmaya bilər, lakin 17 avtomobilin bir yerdə olması çox qəribədir.Daha çox təəccüb doğuran tapılan maşınların siyahısıdır (amma dərindən fikirləşəndə heç bu da təəccüblü deyil): ən azı bir Linkoln Navigator, ən azı bir Cadillac Escalade. Üstəgəl Ford F-150 və Bronco. Və bir dənə də olsun BMW X5 yoxdur! Və bu hadisə Amerikada baş verib!Dalğıclar maşınlarda cəsəd aşkar etməyiblər, amma xizək sürmək üçün maskalar tapıblar. Bu isə polisi təhqiqatı genişləndirməyə təhrik edib. Bütün bunlarla bərabər Detroyt əhalisi onların çayında işlənmiş maşınların sualtı saxlanma yeri olduğu şübhəsinə düşməməlidir. Balıqçılar fikir veriblər ki, tutduqları balıqların dadı pisləşməyib.
Mənbə:Milli.Az

 

29 may 2014
GO BACK