LG şirkəti öz qabaqcıl G3 smartfonunu nümayiş etdirib. 5.5 düymlük ekranın təsvir ölçüsü 2560x1400 piksel (QuadHD) təşkil edir.G3 smartfonunun içliyi ürəkaçandır. Smartfon 2,5 QHs takt tezlikli dördnüvəli Snapdragon 801 prosessoru, 2 və ya 3 QB əməli yaddaş (modeldən asılıdır), 16/32 QB fləş-daşıyıcı, həmçinin 3000 milliamper/saat tutumlu çıxarıla bilən akkumulyatorla təchiz edilib. MicroSD kart, LTE və Wi-Fi şəbəkələrinə qoşulma reallaşdırılıb. Ölçüsü 146,3x74,6x8,9 mm, çəkisi 149 qramdır.13 meqapiksellik kamera optik sabitləşmə sistemi və yeni lazer avtofokuslama sisteminə malikdir. İstifadəçi ekrana G3 smartfonu eyni zamanda fokuslama edir və şəkil çəkir. Ön kameranın təsvir ölçüsü 2.1 mp-dir.G3 smartfonunda korpusun konstruksiyasında plastikdən istifadə edilib. Smartfon yüngüldür və rahat şəkildə əlin içinə yerləşir. Bundan başqa, sələfində (G2) olduğu kimi G3 smartfonunda da gurluğu tənzimləyən düymə arxa paneldə kameranın aşağısında yerləşib.
Mənbə: Milli.Az