Mozilla şirkəti Firefox OS əməliyyat sistemi ilə işləyən Flame smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Aparatın qiyməti 170 dollardır.Flame smartfonu 1,2 QHs takt tezlikli ikinüvəli Qualcomm Snapdragon prosessoru, 4,5 düymlük FWVGA ekranı (854x480 piksel) və iki kamera (arxa paneldə avtofokus və işıqlandırıcıya malik 5 meqapiksellik və ön paneldə 2 meqapiksellik) ilə təchiz edilib. Daxili yaddaşın həcmi 8 QB təşkil edir.Akkumulyatorun tutumu 1800 milliamper/saat təşkil edir. Bundan başqa, iki SİM kart dəstəklənir, kontaktsız ödənişlər üçün NFC çip, həmçinin microSD slotu, Wi-Fi (802.11 b/g/n) və Bluetooth 3.0 modulları mövcuddur. Əməli yaddaşın həcmi 256 MB ilə 1 QB arasında dəyişilir.Flame smartfonu Yaponiyadan başqa bütün ölkələrə tədarük olunur.
Mənbə: Milli.Az