Qadin.NET / Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!

 

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!

 

TQDK Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir.ANS PRESS-in TQDK-ya istinadən verdiyi məlumata görə, qəbul haqda məlumatlar KİV-də dərc edilib. əbul elanı və bununla bağlı bütün məlumatlar, o cümlədən müsabiqə şərtləri TQDK-nın rəsmi internet səhifəsində - www.tqdk.gov.az yerləşdirilib.Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.Müsabiqədə iştirak etmək üçün qeydiyyat TQDK-da aparılıb. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 8 nəfər qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olub çap edib götürürlər.
İmtahan nəticələri həmin gün - mayın 30-da Komissiyanın internet səhifəsində yerləşdiriləcək.Müsahibə TQDK-da 2014-cü il iyunun 2-də saat 15:00-da keçiriləcək.

Mənbə: ANS PRESS

29 may 2014
GO BACK