"Dünya əhalisinin 3-də 1-i kökdür". ANS PRESS-in məlumatına görə, bu haqda “Lancet” tibb jurnalında yeni hesabat dərc olunub.Hesabat 188 ölkədə və 1980-ci ildən 2013-cü ilə kimi aparılmış tədqiqata əsaslanır.Qeyd edək ki, dünyada 2 milyard 100 milyon insanın çəkisi normadan artıqdır. 33 il əvvəl isə belə adamların sayı 857 milyon idi.Çəkisi normadan artıq olan adamlar ən çox Yaxın Şərqdə və Şimali Amerikadadır. Burda kişilərin 60 faizi, qadınların 65 faizi kökdür.Çəkisi normadan artıq olanların ən çox olduğu ölkə ABŞ-dır. Burda əhalinin 13 faizinin çəkisi normadan artıqdır.Çin, Hindistan, Rusiya və Pakistan “ən kök” 10 ölkə sırasına daxildir.Araşdırmanı Microsoft şirkətinin yaradıcısı Bill Geyts və onun xanımı Melinda Geytsin fondu olan Bill&Melinda Gates Fondu aparıb.
Mənbə: ANS PRESS