Qadin.NET / Skype-da heyrətamiz funksiya yaradıldı

Skype-da heyrətamiz funksiya yaradıldı

Skype İnternet telefoniya xidmətində hər kəsi heyrətləndirəcək funksiya yaradılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu funksiya vasitəsi ilə bir-birinin dilini bilməyən insanlar rahatlıqla ünsiyyət qura biləcəklər. "Skype Translator" (tərcüməçi) funksiyası real zaman çərçivəsində nitqi müxtəlif dillərə tərcümə edə bilir. Bu ilin sonuna qədər "Skype Translator" funksiyasını Windows 8 əməliyyat sistemində istifadə etmək mümkün olacaq. Hazırda Skype-ın tərcüməçisi 40 dili bilir. 

Mənbə: Milli.Az

29 may 2014
GO BACK