"Yaxın zamanlarda Ermənistanın da Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalanması vacibdir". Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib. Rusiya, Belarus və Qazaxıstan cümə axşamı Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalayıb. Müqavilə 1 yanvar 2015-ci ildən qüvvəyə minəcək. Putinin sözlərinə görə, prezidentlərin görüşündə Avrasiya İttifaqının dairəsinin genişlənməsi müzakirə olunub, Ermənistanın da müqaviləyə qoşulması məsələsinə baxılıb. "Bu sənədi yaxın zamanlarda imzalamaq vacibdir. Ermənistan tərəfi bunu iyun ayında etmək istəyir. Biz də razılaşdıq. Ümid edirik ki, Ermənistan da ittifaqın tamhüquqlu üzvü ola biləcək", - o əlavə edib.
Mənbə: Milli.Az