Dünya məşhurlarının və varlılarının pulunu sayan "Forbes" jurnalı yeni reytinq hazırlayıb. Bu dəfəki reytinq dünyanın ən nüfuzlu qadınlarına həsr olunub. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, reytinq cədvəlinə Almaniyanın kansleriAngela Merkel başçılıq edir. Xanım Merkel 2004-cü ildən bəri hazırlanan reytinqdə artıq 8-ci dəfədir ki, birinci yerdə qərarlaşıb. ABŞ-ın federal rezerv sisteminin rəhbəri Canet Yellen ilk dəfədir ki, siyahıya düşməsinə baxmayaraq, birbaşa ikinci yerdə mövqe tutub. Üçüncü yerdə isə Microsoft şirkətinin rəhbəri Bill Qeytsin 49 yaşlı həyat yoldaşıMelinda Qeyts dayanır. Braziliya prezidenti, 66 yaşlı Dilma Russeff 4-cü yeri tutub. Ötənilki cədvəldə isə o, dünyanın ən nüfuzlu qadınların siyahısında üçüncü yerdə idi. İlk beşliyi beynəlxalq valyuta fondunun icraçı direktoru Kristin Laqard qapayır. ABŞ-ın dövlət katibi Hillari Klinton də ilk onluğa düşüb. Altıncı yerdə qərarlaşan xanım Klinton, görünür, reytinq cədvəllərinin heç birindən kənarda qalmağı xoşlamır. Siyahıda 7-ci yerdə "General Motors" şirkətinin baş direktoru Meri Barraqərarlaşıb. ABŞ prezidentinin xanımı Mişel Obama isə siyahıda 8-ci yerlə kifayətlənməli olub. Facebook-un əməliyyat üzrə baş direktoru Şeril Senberq 9-cu yeri seçib. İlk onluğu İBM şirkətinin ilk qadın rəhbəri Virciniya Rometti qapayıb. Şirkətin mövcud olduğu 100 il ərzində ona yalnız kişilər rəhbərlik edirdilər.
Mənbə: Milli.Az