Qadin.NET / Atalıq kişini qadınlaşdırır

Atalıq kişini qadınlaşdırır

 

Atalıq kişini qadınlaşdırır

 

Körpə uşaqları ilə həddindən çox məşğul olan ataların beyin fəaliyyətində dəyişikliklər müşahidə edilir. ANS PRESS-in məlumatına görə, bu dəyişiklər onları övladlarına qarşı xüsusilə həssaslaşdırır. Bu dəyişiklər emosional hisslərdə özünü daha aydın biruzə verir. Nəticədə atalar analar ilə eyni emosiyaları keçirirlər. Bu nəticələr yeni valideyn olan onlarla cütülüyün beyin araşdırmasından sonra ortaya çıxıb. Nəticədə bəlli olub ki, uşağın tərbiyəsi ilə daha çox məşğul olan qadınların beyni kişilərdən xeyli fərqlənir. Belə ki, qadın beyni təhlükə, həyəcana qarşı daha ayıq-sayıq olur. Atalar da isə məntiqi tapşırıq, sosial təsir kimi məsələlərdə fəal olurlar. Yəni atalar hiss etməkdən daha çox düşünürlər. Əgər kişi uşağa qulluqda əsas rolu oynayırsa onun beynində hər iki hissə fəallaşır. 

Mənbə: ANS PRESS

29 may 2014
GO BACK