Qadin.NET / "Bizim Cəbiş müəllim"in Makedonu

"Bizim Cəbiş müəllim"in Makedonu

Rejissor Həsən Seyidbəylinin Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci Gecəsi" ssenarisi əsasında çəkdiyi bu ekran əsəri bu gün də aktualdır və kino tariximizin şedevrlərindən sayılır. Heç şübhəsiz ki, həmin filmin ən yaddaqalan obrazlarından biri, bəlkə də elə birincisi “Makedon”dur. 
Özünəməxsus Bakı ləhcəsi və davranışları ilə filmə rəng qatan yeniyetmə “Makedon” - Aqil Ağacanov həmin filmin həyatda olan tək-tük aktyorlarındandır. Adətən mətbuatdan qaçan aktyor aznew.az-ın suallarını cavablandırıb:
- Aqil müəllim, hazırda nə işlə məşğulsunuz?
- Heç nəyə çəkilmirəm. Ancaq öz işlərimlə məşğulam.
- Rejissorlar dəvət edirlər?
- Çəkmək istəyirlər, ancaq getmirəm elə yerlərə.
- Seriala çəkmək istəyirlər?
- Hə.
– Niyə getmirsiz, nə qane eləmir sizi?
- Mənim nəyimə lazımdır uşaq-muşaqlarla çəkilim?!
- Yenə də kababçı işləyirsiniz?
- Bəli.

- Əvvəl Pirşağıda dəniz kənarında işləyirdiniz, deyəsən...
- Hə, əvvəl elə idi. İndi özüm üçün ancaq “zakaz”lara gedirəm.
- Yəqin ki, yaxın adamların məclisini nəzərdə tutursunuz...
- Yaxın adam deyəndə ki, maşallah, hamı tanıyır da. Həftənin şənbə-bazar günləri həmişə işim olur. Elə olur ki, beşinci günlər də işləyirəm.
- Deməli, dolanışıq pis deyil...
- Şükür Allaha. Əvvəl toylarda işləyirdim. İndi şəxsi məclislərə gedirəm.
- Neçə yaşınızdan bu işlə məşğulsunuz?
- 1969-cu ildə əsgərliyə getmişəm. Orada kababçılığı oxumuşam. 1971-ci ildə əsgərlikdən gələndən sonra kababçı

işləyirəm. Sonra gəlib burada da oxudum. Üç dənə diplomum var bu sahə üzrə. Altıncı dərəcəli baş aşpazam.
- Yaxşı təklif olsa, nəyəsə çəkilmək istərdiniz?
- Bundan sonra nəyəsə çəkilmək istəmirəm. Bu, mənə lazım deyil.

Mənbə: Milli.Az

29 may 2014
GO BACK