“Atletiko” ailəsinin bir parçası olaraq Azərbaycanın adını daşımaqdan qürur duyuruq”.Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə millisinin və “Atletiko”nun futbolçusu Arda Turan deyib. “Atletiko”nun Bakıya səfərinə həsr olunmuş mətbuat konfransında Arda Turan jurnalistlərin suallarını cavablandırıb.Türkiyəli futbolçu Çempionlar Liqasının finalında oynamamasına belə aydınlıq gətirib: “Bizdə heç vaxt ayrı-ayrı oyunçular önəm daşımırlar. Əsas olan komandadır. Bu qərarı da hamımız bir yerdə qəbul etmişdik”.A.Turan İspaniya Superkubokunda qalib olacaqları halda, meydana Azərbaycan bayrağı ilə çıxacağını bildirib: “Biz bir millət, iki dövlətik. Sadəcə kuboku qazananda yox, hər zaman Azərbaycan bayrağını daşımaqdan qürur duyuram”
Mənbə:Milli.Az