Qadin.NET / "Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi

"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi

 

Milli.Az fanat. Az-a istinadən xəbər verir ki, “La Fiorita” klubu ölkə çempionu adını qazanıb.Nəticədə bu komanda Çempionlar Liqasında çıxış etmək hüququ əldə edib. "La Fiorita" ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bununla da ilk təsnifat mərhələsinin altı iştirakçısının hamısı müəyyənləşmiş olub.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 23-də keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı yeni mövsümdə "Qarabağ" təmsil edəcək. 
Püşkatma ərəfəsində UEFA-nın reytinq cədvəlinə əsasən, iştirakçı klublar "səpələnmişlər" və "səpələnməmişlər" səbətinə bölünəcək. I təsnifat mərhələsində 6 komanda iştirak edəcək. İlk mərhələnin üç ən güclüsü növbəti mərhələyə vəsiqə qazanacaq və 14 komanda ilə birgə "səpələnməmişlər" səbətində yer alacaqlar. "La Fiorita" II təsnifat mərhələsinə vəsiqə qazansa, "səpələnməmiş" komandalar səbətində yer alacaq. Bu isə San-Marino çempionunun “Qarabağ”ın mümkün rəqibi olması deməkdir.
Hazırda ilk təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olsa da, ikinci təsnifat mərhələsində çıxış etməli olan 31 iştirakçıdan 29-nun adı müəyyənləşib.
Artıq indidən "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin kim olacağı təxmini bəllidir. Ağdam klubu UEFA-nın reytinq cədvəlində 7,575 bala malikdir. Bu isə komandamızın püşkatma zamanı daha güclülərin yer aldığı "səpələnmişlər" səbətində olacağına işarədir. Bir sözlə, Qurban Qurbanovun komandasını zəiflərin yer aldığı "səpələnməmişlər" səbətindən bir komanda gözləyəcək.
 I təsnifat mərhələsi
Səpələnmişlər: Levadiya (Estoniya), Torshavn (Farer adaları), Santa-Koloma (Andorra).
Səpələnməmişlər: Banants (Ermənistan), Linkoln Red İmps (Cəbəllütariq), La Fiorita (San Marino).
II təsnifat mərhələsi
Səpələnmişlər: Styaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Maribor (Sloveniya), Legiya (Polşa), Srvena Zvezda (Serbiya), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HJK (Finlandiya).Səpələnməmişlər: Dinamo (Tiflis, Gürcüstan), Malmö (İsveç), Reykyavik (İslandiya), Düdelanj (Lüksemburq), Stromsqodset (Norveç), Nyu-Seynts (Uels), Sent-Patrik Atletik (İrlandiya), Skenderbeu (Albaniya), Rabotniçki (Makedoniya), Valletta (Malta), Jrinski (Bosniya və Herseqovina), Kliftonvill (Şimali İrlandiya), Jalgiris (Litva).II təsnifat mərhələsinin sadəcə, 2 iştirakçısının adı bəlli deyil. Bunlar gələcək Çernoqoriya və Macarıstan çempionlarıdır.Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq.
Mənbə:Milli.Az

 

29 may 2014
GO BACK