Yunanıstanda İkinci Dünya Müharibəsinin qəhrəmanı kimi tanınan Manolis QlezosAvropa Parlamentinə keçirilən seçkilərdə qalib gəlib. Beləcə, 91 yaşlı M.Qlezos Avropa Parlamentinin ən yaşlı deputatı olub.
Milli.Az AHT-yə istinadən bildirir ki, M.Qlezos 2002-ci ildən bəri "Siriza" Partiyasından Yunanıstan parlamentinə millət vəkili seçilib.
Manolis Qlezos 1941-ci ildə faşist Almaniyasının işğalı altında olan Yunanıstanın simvolu sayılan, paytaxt Afinada yerləşən Akropolda nasistlərin bayrağını aşağı endirərək bütün dünyada məşhurlaşmışdı.Həmin illərdə fransız general Şarl de Qoll yunan Manolisi "Avropanın ilk partizanı" adlandırmışdı."Yataqda öləcəyimlə bağlı Əzrayılla hansısa anlaşmam yoxdur. Amma ayaqda öləcəyimə əminəm", - Manolis Qlezos deyib.Manolis Qlezos 28 dəfə həbs olunub, 3 dəfə edam cəzası alıb. 11 il 6 ay həbsdə olmuş Qlezos ömrünün 4 il 6 ayını sürgündə keçirib.Manolis Qlezos yaşına rəğmən, hələ də savaşçı ruhuna malik olduğunu 2010-cu ildə Afinadakı kütləvi etiraz aksiyalarında polislə toqquşmalara qatılmaqla göstərmişdi.
Mənbə: Milli.Az