Qadin.NET / Snouden: "Peşəkar casusam"

Snouden: "Peşəkar casusam"

"ABŞ kəşfiyyat orqanlarında ən yuxarı səviyyədə kompüter sistemlərinin idarə edilməsi ilə məşğul olmuşam".ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden NBC telekanalına müsahibəsində deyib.E.Snouden ABŞ-ın onu "aşağı səviyyəli təhlilçi" kimi qələmə verilməsinin həqqiqətə uyğun olmadığını deyib.“MKİ və MTA üçün işləyən yüksək hazırlıqlı casusam. Ən gizli məlumatları kompüter sistemlərini idarə edərkən əldə etmişəm. ABŞ kəşfiyyat məlumatlarını insanlardan deyil, məhz kompüter vasitəsilə əldə edir”, E.Snouden bildirib. O, MKİ-nin keçmiş əməkdaşı olaraq xaricdə ABŞ kəşfiyyatının casusu kimi fəaliyyət göstərdiyini deyib.Xatırladaq ki, Edvard Snouden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə aid məxfi sənədləri mətbuata sızdırmışdı. 2013-cü ilin mayında isə ABŞ-dan qaçaraq Rusiyada müvəqqəti sığınacaq alıb. 

Mənbə: Milli.Az

29 may 2014
GO BACK