Almaniya kansleri Angela Merkel artıq səkkizinci dəfədir ki, “Forbes Woman”ın reytinqi üzrə dünyanın 100 ən nüfuzlu qadını siyahısına başçılıq edir. ANS PRESS-in məlumatına görə, bu cür reytinq 2004-cü ildən tutulur. Siyahıya Rusiya mərkəzi bankının rəhbəri Elvira Nabiullina da daxil olub. Amerika federal rezerv sisteminin yeni başçısı Canet Yellen siyahıya ilk dəfə daxil edilib və dərhal ikinci yeri tutub. Onun ardınca Bill Qeytsin arvadı, əri ilə birgə yaratdığı xeyriyyə fondunun prezidenti, 49 yaşlı Melinda Qeyts gəlir. Daha sonra siyahıda Braziliya prezidenti, 66 yaşlı Dilma Russeff yer alır. İlk onluğa həmçinin BVF başçısı Kristin Laqard, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və ABŞ-ın 1-ci ledisi Mişel Obama da daxildir.
Mənbə: ANS PRESS