Qadin.NET / Qan xərçənginin dərmanı tapıldı

Qan xərçənginin dərmanı tapıldı

 

Qan xərçənginin dərmanı tapıldı
Qan xərçəngi xəstəliyinin dərmanını amerikalı alimlər tapıblar. ANS PRESS-in məlumatına görə, Amerikanın Mayo Clinic təşkilatının alimləri qan xərçəngi xəstəliyindən əziyyət çəkən 50 yaşlı pasienti müalicə etməyə müvəffəq olublar. Meyo Klinikasının həkimlərinin ötən ilin iyun ayında keçirdikləri eksperimentdə iştirak edən xəstənin qanına qızılca əleyhinə peyvənd maddəsi yeridiblər. Onun qanına yeridilən həmin peyvənd 10 milyon insan üçün nəzərdə tutulubmuş. Nəticədə qadının bütün bədənində yer eləmiş xərcəng ona qarşı yeridilən peyvəndin nəticəsində tamamilə yoxa çıxıb. Müşahidə aparanlar qızılca əleyhinə vaksinin xərçəng hüceyrələrinə tərəf dartındığını görüblər. Nəticədə məlum olub ki, vaksinlər xərçəng hüceyrələrini yeyərək, çoxalmağa başlayır. Beləliklə də, virus vaksini xərçəng hüceyrələrininin manelərini aşaraq, onları dəf edir. Bərpanın qalan hissəsini isə insan orqanizmi özü yerinə yetirir.Sensassiyalı nəticə əldə edən tədqiq qrupunun rəhbəri, doktor Stiven Rassel deyib ki, aldığımız nəticə çox gölənilıməz oldu. Biz əvvəllər təcrübə siçanlarının üzərində bu eksperimenti apardıq, kəşf etdiyimiz metodla siçanların bədənindəki metastaz formalı hüceyrələr öldülər. Lakin insan üzərində belə mükəmməl bir nəticə alacağımızı gözləmirdik. Çünki indiyə qədər heç kim insan bədənində bu yeniliyi təsdiq edə bilməmişdi.Meyo Klinikasının tədqiqatçıları 10 000 min nəfəri qan xərçəngi olan xəstənin müalicəsi üçün 100 milyard ədəd qızılca vaksinin lazım olmasını hesablayıblar. Qan xərçəncindən insanları xilas etmək kimi yeni bir kəşfin müəllifləri, indi bir çox müxtəlif və mürəkkəb sualları da cavablandırmaq üçün çalışırlar. Onlar belə hesab edirlər ki, qızılca xəstəliyi keçirən pasientə kömək edə bilməyəcəklər. Çünki bu tipli insanların bədənin artıq nəzərdə tutulan qızılca vaksinini qəbul etməyəcək. Vaksin xərçəng hüceyrələrinə yetişincəyə qədər, orqanizm özü onu məhv edəcək. Yeni müalicə metodunu isə tədqiqatçı alimlər bu ilin sentyabr ayında sınaqdan keçirəcəklər.
Mənbə:ANSPRESS.COM

 

29 may 2014
GO BACK