Qadin.NET / Azərbaycanda ruhi xəstələrin sayı çaşdırdı

Azərbaycanda ruhi xəstələrin sayı çaşdırdı

 

Azərbaycanda ruhi xəstələrin sayı çaşdırdı
Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi aparılıb.ANS PRESS-in Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən verdiyi məlumata görə, təqdim olunmuş məlumatlara əsasən auditin əhatə etdiyi dövrdə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında audit tədbiri zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. 

Xəstəxana tərəfindən bəzi xərc maddələri üzrə əvvəlki illərin icrası nəzərə alınmadan, müvafiq hesablamalar aparılmadan və xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilmədən proqnozlar hazırlanıb. Nəticədə bir sıra xərc maddələri üzrə icra faizi aşağı olub, bir sıra xərc maddələri üzrə isə nəzərdə tutulmuş vəsaitlərdən istifadə edilməyib, xərc smetasında il ərzində çoxsaylı əsaslandırılmamış yerdəyişmələr və düzəlişlər aparılıb. 
Cari təmir, dərman, sarğı ləvazimatları və materiallarının, yumşaq inventar, yataq ləvazimatları və materiallarının, xüsusi geyimlərin alınması və sair bir sıra xərclərin mərkəzləşdirilmiş şəkildə icra edilməsinə baxmayaraq həmin xərclər üzrə proqnoz verilib, habelə tarifləşmə siyahıları büdcə ili üzrə deyil, təhsil müəssisələrində olduğu kimi tədris illəri üzrə hazırlanaraq təsdiq olunub, müvafiq qurumun razılığı olmadan vəsaitin təyinatı dəyişdirilib. Xəstəxananın orta tibb işçilərinə, inzibati və xidmətedici heyəti üzrə işçilərə, xəstəxananın orta tibb işçilərinə, vəsait nəzərdə tutulmadığı halda əmək haqqı fondunun qənaəti hesabına mərkəzləşdirilmiş mətbəxin işçilərinə, həmin işçilər gecə işlərinə cəlb edilmiş işçilərə bərabərləşdirilərək onların da vəzifə maaşına gecə vaxtı yerinə yetirilən işə görə, xəstələrlə təmasda olan texniki işçilərə bərabər tutulmaqla camaşırxananın fəhlələrinə əlavə əmək haqqı ödənilmiş, şöbə müdiri tam ştat vahidi ilə vəzifəsində işlədiyi halda digər şöbənin müdiri vəzifəsi ona həvalə edilmiş, qanunvericiliklə müəyyən edilmiş vaxt məhdudiyyəti nəzərə alınmadan əmək haqqı ödənilib.
Xəstəxananın ərazisinin gün ərzində polis postları və ərazi üzrə təşkil olunmuş polis avtomarşrutu üzrə mühafizəsi olunması ilə yanaşı ştat cədvəlinə əlavə gözətçi ştatı daxil edilərək saxlanılıb, xəstəxananın ştat cədvəlində təchizat üzrə agent vəzifələri və digər əlavə ştatlar saxlanılıb və əmək haqqı ödənilib. Dövlət öhdəliyinə qəbul olunmayan kreditor borc yaradılıb, mərkəzləşmiş qaydada verilmiş mal-materiallar mədaxil olunmayıb, maddi-məsul şəxslər tərəfindən istifadəsinə dair hesabat təqdim edilmədən aptekdən şöbələrə verilmiş dərman, sarğı ləvazimatları və materialları birbaşa xərcə silinib.
Maddi-məsul şəxslər tərəfindən hesabatlar müvafiq qaydada mühasibatlığa təqdim edilməyib, nəqliyyat vasitələri cari təmirlə əlaqədar işləmədiyi günlərdə həmin nəqliyyat vasitələrinə yol vərəqələri yazılaraq yanacaq silinib. Qəzaya uğramış nəqliyyat vasitəsinin günahkar şəxs tərəfindən təmir edilməsinə baxmayaraq təmir üçün büdcə vəsaitinin ödənilməsi rəsmiləşdirilib. Xəstəxananın anbarında inventar və avadanlıq uzun müddət istifadəsiz saxlanılıb, dərman, sarğı ləvazimatları və materialları təyinatdan artıq silinib.
Xəstəxananın ərzaq anbarında və aptekində çatışmazlıq aşkar edilib, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi nəticəsində baha qiymətlərlə satınalma müqavilələri bağlanıb, artıq ərzaq silgisinə yol verilib, xəstələrin sayı barədə gündəlik təqdim olunan məlumatların uçotunun düzgün aparılmaması nəticəsində çarpayı günlərinin icrası bərədə məlumatlar düzgün əks etdirilməyib, xəstələrin sayı barədə məlumatlar fərqli olub və mühasibat uçotu milli mühasibat uçotu standartlarına uyğun olaraq təşkil edilməyib.
Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Dövlət büdcəsinə 23856,0 manat vəsaitin bərpa olunub, 277,9 min manat dəyərində mal-materiallar uçota alınıb. Eyni zamanda nöqsanlara yol vermiş 12 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən baş mühasibə, əczaxana müdirinə, sahə rəisinə, sahə rəisinin müavininə, iqtisadçıya, qaraj rəisinə, 1 baş tibb bacısına və 5 böyük tibb bacısına xəbərdarlıq elan edilib.

Mənbə: ANSPRESS.COM

 

29 may 2014
GO BACK