Qadin.NET / Bu qadın pələnglərlə bir evdə yaşayır

Bu qadın pələnglərlə bir evdə yaşayır

ABŞ-da yaşayan 57 yaşlı bu qadının qonşuları onun evindən yan keçməyə çalışırlar. Onları anlamaq olar. Çünki Cenis Heylinin evində 180 kq çəkisi olan benqal pələngi Yanda və 270 kq çəkisi olan ağ benqal pələngi Saber yaşayır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər şey Heylinin 20 yaşı olanda başlayıb. Qəzetlərdən birində pələng təlimi kursları elanı görüb. Kurslarda iştirak etdikdən iki il sonra artıq evinə ilk körpə pələngini gətirib. Bir müddət sonra isə yeni bir pələng alıb. 
Cenis Heyli əri ilə birlikdə pələnglərə baxır. Onları öz qazancları ilə qidalandırır. 
Onun sözlərinə görə, nəhəng vəhşilərin qarşısında qorxu hissi keçirmir. Pələnglər onu anaları kimi qəbul edirlər. O da heyvanlara öz övladları kimi baxırlar. 

Mənbə: Milli.Az

28 may 2014
GO BACK