ProtonMail yeni şifrlənmiş elektron poçt sisteminin beta versiyası işə salınıb. İsveçrənin Avropa Nüvə Tədqiqatları Mərkəzinin keçmiş əməkdaşları tərəfindən yaradılmış xidmət Gmail kimi internet üzərindən işləyir.Milli.Az İCT new-a istinadən bildirir ki, xidmət sürətlə populyarlaşdığına görə, Proton Mail komandası xidmətin beta-versiyasına girişi məhdudlaşdırmalı olub.Şirkətin serverləri İsveçrədə yerləşir, elə oradada qeydiyyatdan keçirilib. Beləliklə,ProtonMail ABŞ və ya Avropa Birliyinin yurisdiksiyasından kənardır və istifadəçilərin məlumatları İsveçrə qanunvericiliyi ilə qorunub.
Mənbə:Milli.Az