Cənubi Sudanda minlərlə insan bataqlıqda yaşayır.ANS PRESS-in məlumatına görə, Nil çayının Cənubi Sudanda meydana gətirdiyi bataqlıq sahədə yaşayanlar 30 min kvadrat km sahədə həyatlarını davam etdirirlər. Buradakı insanlar timsahlar və nəhəng ilanlarla birgə yaşamağa məcbur olurlar. Bölgədəki evlər güclü yağışlar yağarkən sular altında qalır.
Burada yaşayanlar dolanışıqlarını balıqçılıqla təmin edirlər.
Mənbə: ANS PRESS