Qadin.NET / Qasırğa Beyləqanı viran qoydu

Qasırğa Beyləqanı viran qoydu

 

Ötən gün saat 17 radələrində Beyləqan rayonunda güclü qasırğa olub. Külək və yağışla müşayiət edilən qasırğa kənd təsərrüfatı bitkilərinə və tiklilərə ciddi ziyan vurub. Milli.Az EL TV-yə istinadən xəbər verir ki, ən çox ziyan məcburi köçkünlərin məskunlaşdığı “Köhnə Pendir Zavodu” kimi tanınan ərazidəki tikililərə dəyib. Qasırğa zamanı bəzi elektirik naqilləri sıradan çıxıb. Rayonun bir çox ərazilərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Beyləqan rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda müvafiq komissiya tərəfindən qasırğanın vurduğu ziyanın miqdarı dəqiqləşdirilir. 

Mənbə:Milli.Az

28 may 2014
GO BACK