Qadin.NET / Dolu Tovuzda meyvə bağlarını məhv elədi

Dolu Tovuzda meyvə bağlarını məhv elədi

May ayının son 10 günü Tovuza yağan güclü yağış, ardından isə dolu kənd təsərrüfatına, xüsusən də meyvəçiliyə xeyli ziyan vurub. Belə ki, rayonda yerləşən 15 hektara yaxın meyvə bağı tamamilə məhv olub.Milli.Az Kəpəz tv-yə istinadən bildirir, Tovuz rayonunda min hektardan çox meyvə bağları var ki, onun da 15 hektara yaxını təbiətin şıltaqlığı nəticəsində məhv olub. Əsasən Tovuzun dağlıq ərazisi olan Ağbulaq, Əsrik-Cırdaxan və Kirən kəndlərində alma, armud, zoğal və digər meyvə bağları dolu vurması nəticəsində ziyan görüb. Aramsız yağan güclü yağışlar nəticəsində yetişməkdə olan meyvələr yararsız hala düşüb. Tovuz ƏKTİ-dən bildirilib ki, bu il meyvəçilikdə məhsuldarlığın aşağı düşməsi qaçılmazdır. 
Meyvə bağları zərər görən kənd sakinləri bildirir ki, dolu iri ölçülü olduğundan ağacların meyvəsi ilə yanaşı, yarpaqların da zədələnməsinə səbəb olub.
Qeyd edək ki, rayonda əkib-becərilən kartof, qarğıdalı və taxıl sahələrinə də dolunun təsirindən xeyli ziyan dəyib.

Mənbə: Milli.Az

28 may 2014
GO BACK