
Almaniyanın Münhen Universiteti və Berlin Texniki Universitetinin alimləri elə bir aparat hazırlayıblar ki, bu aparat təyyarələri düşüncə ilə idarə etməyə imkan yaradacaq. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, layihəyə rəhbərlik edən mühəndisTim Frikin sözlərinə görə, bu layihənin məqsədi hər kəsə uçmaq imkanı yaratmaqdır.
"Bu texnologiyanın tətbiqi ilə uçuş prosesi çox sadələşəcək. Həm pilotların yükünü azaldacaq, həm də təhlükəsiz olacaq.
Artıq simulyator vasitəsi ilə bir neçə uğurlu uçuş da həyata keçirilib. Sınaqlarda tamamilə fərqli hazırlıq səviyyəsi olan bir neçə insan iştirak edib. Onlar arasında heç bir uçuş biliyi və təcrübəsi olmayan insanlar da olub. Onların bəziləri təyyarəni hətta görüntünün zəif olduğu şəraitlərdə belə yerə endirməyi bacarıblar.
Mənbə: Milli.Az