Qadin.NET / Bu gün Olimpiya çempionumuzun ad günüdür

Bu gün Olimpiya çempionumuzun ad günüdür

Bu gün Zemfira Meftahətdinovanın doğum günüdür.Milli.Az xəbər verir ki, Zemfira Meftahətdinova 1963-cü ildə Bakıda anadan olub. İdmançımız 2000-ci ildə Sidneydə keçirilən Olimpiya oyunlarında Azərbaycanın stend atıcılığı üzrə yığma komandasına ilk qızıl medalı qazandırmışdı.Afinada keçirilən 2004-cü il Olimpiya oyunlarında stend atıcılığı üzrə bürünc medal qazanıb.Meftahətdinova Pekində keçirilən 2008-ci il Olimpiya oyunlarında da iştirak edib (15-ci yer). 1986, 1987 və 1988-ci illərdə komanda hesabında Avropa çempionu, şəxsi hesabda 1986 və 1988-ci illərdə gümüş mükafatçı, 1987 və 1990-cı illərdə bürünc mükafatçı, 1986-cı il komanda hesabında dünya çempionatının gümüş mükafatçısı, 1986-cı il SSRİ çempionatının bürünc mükafatçısı olmuşdur.Zemfira xanımı təbrik edir, can sağlığı, uzun ömür arzulayırıq!

Mənbə: Milli.Az

28 may 2014
GO BACK