Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.Temperatur gecə 17-21°, gündüz 24-29° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında,əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 28-33° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 26-31° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-21°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacaq. 
Mənbə: Milli.Az

 

28 may 2014
GO BACK