TechCrunch nəşri üç anonim mənbəyə istinadən yazır ki, Google şirkəti SkyboxImaging peyk şirkətini satın almağı planlaşdırır. Saziş 1 milyard dollar dəyərində qiymətləndirilir.
Milli.Az İCT new-a istinadən bildirir ki, SkyboxImaging şirkəti yerətrafı peyklərdən yüksəkdəqiqlikli təsvirlərin çəkilişi ilə məşğul olur. Bu, şirkətə yüksək təsvir ölçülü xəritə tərtib etməyə və interaktivvideokartlar yaratmağa imkan verir. TechCrunch nəşri hesab edir ki, internet nəhəngi SkyboxImaging texnologiyalarından GoogleMaps xidməti üçün istifadə edə bilər. Google bu informasiyaya heç bir münasibət bildirməyib, SkyboxImaging şirkətinin rəsmiləri isə Techcrunch nəşrinin sualına cavab verməyiblər.
Mənbə: Milli.Az