Qadin.NET / 150 dollarlıq yığcam smartfon

150 dollarlıq yığcam smartfon

 

Hindistanın Lava şirkəti ucuz mobil cihaz həvəskarları üçün yeni Iris X1 smartfonunu nümayiş etdirib. 854x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekranla təchiz edilmiş qurğunun qiyməti 150 dollardan yuxarı olmayacaq.
Milli.Az İCT new-a istinadən bildirir ki, Lava Iris X1 smartfonu 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaş (32 QB-dək microSD kartı dəstəklənir), 8 və 2 meqapiksellik kameralar, simsiz rabitə modullar dəsti, GPS və microUSB portu ilə təchiz edilib.
Aparata Android mobil əməliyyat sisteminin son versiyası quraşdırılıb.
Mənbə: Milli.Az

 

27 may 2014
GO BACK