Qadin.NET / Ukraynanın daha bir regionu Rusiyaya keçir

Ukraynanın daha bir regionu Rusiyaya keçir

Ukraynanın separatçı Donetsk vilayəti Rusiya Federasiyasının qanunvericiliyinə keçir. Milli.Az-ın Vesti.ru-ya istinadən məlumatına görə, qondarma Donetsk Xalq Respublikasının hökumət başçısı Denis Puşilin Rusiya qanunvericiliyinə keçmək üçün bu ölkədən yardım istəyib. 
Onun sözlərinə görə, yaranmış vəziyyət ucbatından Donetsk humanitar fəlakətlə üzləşə bilər. 
"Bu səbəbdən biz bütün Rusiya xalqına müraciət edirik ki, mümkün olan istənilən yardımı bizə göstərsinlər. Bizim vətəndaş institutları formalaşdırmağımıza baxmayaraq, Rusiya qanunvericiliyinə keçirik. Bu təcili və təxirəsalınmaz tədbirdir", - o əlavə edib. 

Mənbə: Milli.Az

27 may 2014
GO BACK