Qadin.NET / Oğruların, quldurların qənimi: onlar haqda nə bilirik?

Oğruların, quldurların qənimi: onlar haqda nə bilirik?

Son günlər mediada müzakirə olunan mövzulardan biri də “Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğluna edilən sui-qəsddir. Bu cinayət işində diqqəti çəkən əsas nüans, heç şübhəsiz ki, baş vermiş hadisənin təsadüfən jurnalistin maşınının videoqeydedicisi tərəfindən qeydə alınmasıdır. Bildiyiniz kimi, araşdırmanın baş tutması baxımdan bu videogörüntülərin rolu əvəzsiz olub. Bu nümunə isə başda maşını olan jurnalistlər olmaqla, siyasətçilər, ictimai fəallar üçün bir dərs oldu. Ehtimal olunan təzyiq faktının qarşısını almaq olmasa da, onun aşkarlanıb üzə çıxarılmasında bu videoqeydedicinin rolu inkar edilməzdir. Bundan başqa, baş vermiş qəza hadisələri zamanı qarşı tərəfin yol verdiyi pozuntular, sürücünün suçsuz olduğu məqamların sübutu kimi də bu alətin rolu danılmazdır. Bu aparatların bazardakı qiyməti və ümumiyyətlə göstəriciləri ilə bağlı kiçicik gəzişmə etdik. Məlum oldu ki, Azərbaycan bazarına videoqeydedicilər əsasən Çindən gəlir. Sifariş əsasında Çindən gətirilən bu variantda əsasən saxta məhsulların şahidi oluruq. Qiymətləri də buna müvafiq olaraq daha ucuz satılır - 15-20 AZN. Amma videoqeydedicilərin əsli bir çox özəlliklərinə görə üstündür və qiyməti də 250-300 AZN arasında dəyişir. Alətin quraşdırılması üçün isə 10-15 AZN alınır. Yüksək keyfiyyətli videoqeydedicilər bir-birindən bəzi göstəricilərinə görə fərqlənir. Məsələn, bu cihazlarda ekranın ölçüləri 648 Pİ-dən 1028 Pİ-yə qədər dəyişir. Görüntü keyfiyyəti də adi telefonların çəkdiyi 3GP formatından tutmuş HD və yaxud Full HD formatına qədər gedir. Hazırda bazarda tələbat olmasına rəğmən Çindən bu tipli videoqeydedicilərin gətirilməsini dayandırıblar. Çünki Çindən gətirilən bu alətlər maşının elektrik sistemində problem yaradır. Saxta videoqeydedicisi olan maşının qapılarında, işıqlarında zaman-zaman problemlər yaranır. Belə ki, qapıların açılması, işıqların yanmasında kilidlənmə baş verir. Bundan başqa, son illərin istehsalı olan maşınların “beyni”nə də ziyan vurur, onların bəzi funksiyalarını zədələyir. Bu məsələyə həssas olan sürücülərin tərcihi isə Almaniya istehsalı olan, Azərbaycana da Türkiyə vasitəsilə gətirilən videoqeydedicilərdir. Maşın bazarında apardığımız reydlər nəticəsində öyrəndik ki, bu alətlərin 100-150 AZN-dən ucuz olanını almaq məsləhət görülmür. Yeni videoqeydedicilərdə GPRS sistemi var. Bu sistem sayəsində alət gecə dəqiq görüntü ala bilir, infra-şüa vasitəsilə gecələr avtomobilə yaxınlaşan, 40-60 santimetrdən yuxarı varlıqları çəkir, avtomatik işə düşür. Bunun adı full secruti sistemidir. Bu da əsasən maşın oğrularına qarşı mübarizə üçün nəzərdə tutulub. Bu variantların daxili yaddaşları kiçik olsa da, əlavə SD, mini SD, müxtəlif həcmli kartlar vasitəsilə yaddaş tutumunu artırmaq olar. Yaddaş kartlarının həcmi isə 1 GB-dən tutmuş 1 TB-yə qədərdir. Sürücülər arzuya uyğun seçim edə bilərlər.

Mənbə: Milli.Az

27 may 2014
GO BACK