Qadin.NET / Bizə xarici həkimlər lazımdırmı?

Bizə xarici həkimlər lazımdırmı?

Vətəndaşların lazımlı tibbi təminatı və xarici ölkələrdə müalicəsinə ehtiyac olmaması üçün ölkədə çoxlu sayda müasir klinikalar açılıb, müasir avadanlıqlarla təchiz edilib. Həmin tibb müəssisələrində hazırlıqlı tibbi personal çalışır. Bəzən xaricdən də həkimlər dəvət olunurlar. 
Belə söz-söhbətlər də gəzir ki, ən yaxşı həkimər xarici həkimlərdir. Bu cür mütəxəssislərin reklamı televiziyalar vasitəsi ilə də həyata keçirilir. Etiraf etmək lazımdır ki, çox vaxt bu mütəxəssislərə müraciət etmək faydasız olur. Bununla belə, insanlar yerli həkimlərə müraciət etməkdənsə, "qastrola" gələnlərin reklamını gözləyirlər. 
Niyə belə olur? Bizə xarici həkimlər lazımdırmı? Sağlamlığımızı özümüzkülərə, yoxsa xaricilərə etibar edək? 
Milli.Az xəbər verir ki, xalq rəssamı Arif Hüseynov öz fikirlərini Day. Az saytı ilə bölüşüb. 
"Bu gün Azərbaycanda dövlət və özəl tibb müəssisələrinin sayı çoxdur. Həmin müəssisələrdə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislər də çalışırlar. Bu bir tərəfdən yaxşıdır. Çünki xarici mütəxəssislərdən çox şey öyrənmək olar. Mən isə, açığını desəm, öz həkimlərimizə etibar edirəm. Uzun illər boyu onlarla işim olub. Ona görə də etibar edirəm onlara. 
İstəməzdim ki, mənə göz dəysin, ancaq indiyə qədər hansısa ciddi xəstəliklə əlaqədar həkimə müraciət etməmişəm. Orqanizmim möhkəmdir, hələ ki, hər şeyə tab gətirir. Ümid edirəm ki, gələcəkdə də belə olacaq. Arzu edirəm ki, heç kim xəstələnməsin ki, nə bizim həkimlərə, nə də ki xarici həkimlərə möhtac olmasın", - xalq rəssamı qeyd edib. 

Mənbə: Milli.Az

27 may 2014
GO BACK