Qadin.NET / Telefonunuzu açıq tutun, polis sizə yazacaq

Telefonunuzu açıq tutun, polis sizə yazacaq

Artıq qonşu ölkədə çoxdan gözlənilən addım atılıbRusiyada sürücülər avtomobillərinin evakuatorla aparılması barədə SMS-lə məlumat alacaqlar. Daha doğrusu, onların maşınları aparılmazdan əvvəl telefonlarına SMS gələcək. Müəyyən müddət ərzində sürücü avtomobilini park etdiyi yerdən tərpətməsə, evakuatorla aparılacaq.Bakı şəhərində də avtomobillərin evakuatorla aparılması “dəb”dir.

Maraqlısı isə odur ki, sürücülərə avtomobili aparan zaman heç bir xəbərdarlıq edilmir və maşınını yerində görməyən sürücü onun oğurlandığını düşünür. Bəzi sürücülər isə hərtta Daxili işlər Nazirliyinin 102 xidmətinə də zəng edərək avtomobilinin oğurlandığını deyirlər. 
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda da belə bir qayda hazırlanır. Tək evakuatorla aparılan maşınlarla bağlı yox, inzibati protokol tərtib olunan bütün sürücülərə, həmçinin xüsusi ölçü cihazları vasitəsilə qayda pozuntusu aşkar olunan kimi həmin şəxsin mobil telefonuna SMS məlumat gedəcək.
Şöbə rəisinin sözlərinə görə, bununla bağlı ölkə prezidentinin fərmanı var. Fərmanda deyilir ki, foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların qəflətən bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sistemi 3 ay müddətinə Daxili İşlər, Nəqliyyat nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə yaradılması təmin edilsin.
K.Əliyev qeyd etdi ki, yolların bağlanması və aşkar edilmiş inzibati xəta ilə bağl sürücülərə SMS məlumat veriməsi ilə bağlı işlər gedir: "Ancaq SMS göndəriləndən sonra yol polisi maşını cərimə meydançasına aparmaq üçün sürücünü 10-15 dəqiqə gözləməyəcək. Qanunda belə bir hal yoxdur. Qanunvericilikdə yazılıb ki, nəqliyyat vasitəsini idarə edən şəxs həmin nəqliyyat vasitəsinin yanında deyilsə, evakuasiya olunur. SMS məlumatlandırma sürücünün narahat olmaması üçündür. Sürücülər əziyyət çəkib maşını düzgün saxlasın. SMS vasitəsilə sürücülərə avtomobilin hansı dayanacağa aparılması barədə xəbər veriləcək. "Dayanmaq qadağandır" nişanı sərnişinin minib-düşməsi üçün nəzərdə tutulmuş vaxtdır".
Mənbə:Milli.Az
27 may 2014
GO BACK