Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 14-16 may tarixlərində şəhadətnamə və attestat almaq istəyənlər üçün keçirdiyi ekstern aralıq imtahanının nəticələrini açıqlayıb.Trend idarənin rəsmi saytına istinadən bildirir ki, 3 gün davam edən imtahanda ümumilikdə 179 nəfər iştirak edib. İmtahanda 111 nəfər müsbət nəticə göstərib.Mayın 29-dək BŞTİ-də (ünvan: Xan Şuşinski, 17) ekstern aralıq imtahanı ilə bağlı apelyasiya komissiyası fəaliyyət göstərəcək. İmtahanın nəticəsindən narazı qalanlar apelyasiya komissiyasına müraciət edə bilərlər.Ekstern imtahanı üzrə müsbət nəticə göstərən namizədlərin siyahısı idarənin saytında yerləşdirilib.
Mənbə:Milli.Az