Qadin.NET / Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək

Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək

Şəmkirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşe və Qızıl Ayrapa Cəmiyyətinin prezidenti Novruz Aslanov arasında rayonun 3 kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı müqavilə imzalanıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirin Çənlibel, Qasımalılar və Göyməmməd kəndlərinin sakinlərinin içməli suya olan ehtiyaclarını tam ödəyəcək layihənin dəyəri 121 min 722 ABŞ dollardır. Yaponiyalı səfir, eləcə də "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı çərçivəsində Şəmkirin Sabirkən kəndində inşa edilən tibb məntəqəsinin açılışında da iştirak edir.
Mənbə:Milli.Az

27 may 2014
GO BACK