Milli.Az xəbər verir ki, Bakıda əsas yollardan biri genişləndirilir. Oxuculardan biri redaksiyamıza məktub ünvanlayaraq bildirib ki, Milli Məclisin qarşısında olan yaşıllıq dağıdılır, orada olan hündür ağaclar isə yerindən çıxarılaraq başqa yerə aparılır.Adıçəkilən yerə baş çəkərək yaşıllığın asflat yol ilə əvəz ediləcəyini öyrəndik. Hadisə yerindən verilən məlumata görə Parlament Prospektinin "Flame Towers" qarşısındakı hissəsindən Mehdi Hüseyinzadə küçəsinin döngəsinə qədər olan yol genişləndirilir.Orada olan ağaclara isə heç bir zərər yetirməyərək kökündən çıxarılıb başqa bir yerdə əkiləcəyini bildirdilər.
Mənbə: Milli. Az