Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 16-20°, gündüz 26-31° , Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Temperatur gecə 12-17°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Temperatur gecə 7-12°, gündüz 20-25° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Temperaturun gecə 12-17°, gündüz 26-31° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 14-17°, gündüz 26-31°, dağlarda gecə 12-15°, gündüz 23-26° isti olacağı gözlənilir.
Mənbə:Milli.Az
Mənbə:Milli.Az