Cənubi Koreya şirkətinin planları ilə tanış mənbələrə istinadən The Wall Street Journal nəşri yazıb ki, Samsung şirkəti yayda smartfon funksionallığına malik ağıllı saat buraxacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu zəngləri qəbul edir və smartfona qoşulmadan çağırış edir. Cihaz, həmçinin şəkilçəkmə, elektron poçtla iş funksiyalarına malik olacaq, GPS, Bluetooth və nəhz ötürücüsü ilə təchiz ediləcək.2014-cü ilin birinci rübündə Strategy Analytics analitik şirkətinin məlumatına görə, ağıllı saat bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 250% artıb və 71% bazar payına sahib Samsung sözügedən bazarın lideridir.
Mənbə:Milli.Az