Qadin.NET / 161 nəfər meningit oldu

161 nəfər meningit oldu

 

Gürcüstanın Səhiyyə Naziri bir həftə ərzində meningit virusuna yoluxanların sayının artmasını təsdiq edib. Milli.Az axar.az-a istinadən  xəbər verir ki, Tiflisdə meningit virusuna yoluxanların sayının 161-ə çatdığı təsdiqlənib.Ölkənin səhiyyə naziri Davit Sergenko verdiyi açıqlamada bu virusa yoluxanların sayının 1 həftə ərzində 142-dən 161-ə çatmasını təsdiq edib.Nazir virusun içməli su vasitəsi ilə yayılması ilə bağlı iddiaları təkzib edib: "Epidemioloqlar apardığı araşdırmalar zamanı da sübut ediblər ki, virusun yayılmasının ətraf mühitin hansısa amili ilə əlaqəsi yoxdur, amma təəssüf ki, bu virus yayılır”.D.Sergenko, həmçinin hər şeyin nəzarətdə olduğunu və heç bir təlaşa əsas olmadığını açıqlayıb. 

Tiflisin içməli suyunun təmizliyinə cavabdeh olan Gürcüstan Su və Enerji İdarəsi də açıqlamasında içməli suyun kirli olması ilə bağlı yayılan iddiaları rəd edib. Onlar suyun təmizliyinin hər an diqqətdə olduqlarını açıqlayıblar.Xatırladaq ki, meningit virusunun yayılması ilə əlaqədar çərşənbə günü Gürcüstan Təhsil və Elm Nazirliyi və Səhiyyə Nazirliyi mayın 27-nə qədər 6-cı sinfə qədər olan məktəb və bağçaların bağlanması ilə bağlı qərar qəbul edib.
Mənbə:Milli.Az

 

26 may 2014
GO BACK