Səudiyyə Ərəbistanında "Korona" virusundan ölənlərin sayı 179-a çatıb. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanında "Korona" virusundan ölənlərin sayı 179-a çatdığı bildirilib. Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyindən verilən açıqlamada 24 saat içərisində "Korona" virusu səbəbiylə bir nəfərin öldüyü, 4 nəfərdə isə virusun əlamətlərinin olduğu üzə çıxıb.May ayı ərzində "Korona" virusundan ölənlərin sayı 68-ə yüksəlib, ümumilikdə ölkədə virusun ortaya çıxmasından bu yana xəstəliyə tutulanların sayının 558-ə çatdığı, ölənlərin isə 179 olduğu qeyd edilib.Qeyd edək ki, “Korona” virusu insanlarda və heyvanlarda tənəffüs yolları ilə yoluxmuş bir qrip virusudur və həzm sisteminə də təsir edir. 1965-ci ildə aşkar olunan virusun bir çox fərqli növü var. Bütün yaş qruplarına təsir edir, qış və payız aylarında virusa yoluxma imkanı böyükdür. Virusa qarşı hələ qoruyucu peyvənd və ya antibiotik dərman müalicəsi yoxdur.
Mənbə:Milli.Az