Ağıllı elektronika getdikcə insanların həyatında böyük yer tutur və Google reklam üçün bu imkandan istifadəyə ümid edir. Nest termostatları, soyuducu, avtomobil, ağıllı eynək və saatlarda reklamlar nümayiş etdirilə bilər. Milli.Az ICTnews-a istinadən bildirir ki, Google-un ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına göndərdiyi məktubdan məlum olub ki, şirkət möhtəşəm reklam planları hazırlayır.Google rəsmiləri məktubda qeyd edirlər ki, mobil qurğu anlayışı daima dəyişir, şirkət rəsmiləri daim əmindirlər ki, displeyə malik və internetə qoşulmuş istənilən qurğuda reklam elanları nümayiş etdirilə bilər.
Mənbə:Milli.Az