Qadin.NET / Azərbaycan nüvə reaktoru alacaq

Azərbaycan nüvə reaktoru alacaq

Azərbaycan nüvə reaktoru alacaq
Siyəzən. Vəli Turan-APA. “Yəqin ki, yaxın vaxtlarda Azərbaycan üçün orta güclü orta tədqiqat nüvə reaktoru alınacaq”.APA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Nazir jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycanda nüvə texnologiyalarından təbabətdə, kənd təsərrüfatında istifadə olunması, eləcə də dəqiq cihazqayırma sənayesində nüvə materiallarının hazırlanması nəzərdə tutulub. Onun sözlərinə görə, Azərbaycanda radioaktiv elementlərlə zəngin yataqların sənaye üsulu ilə istifadə olunması yeni iqtisadi sektorun açılması üçün şərait yaradacaq.  Nazir həmçinin prezident Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin yaradılması istiqamətində bir sıra işlərin həyata keçirildiyini bildirib.

Mənbə: Apa.az 

24 may 2014
GO BACK